XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi
Ölkə17:46 30.09.2026

Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi

Bakıda mühasib kimi çalışan şəxs gözəllik salonunun vergi qeydiyyatı bəhanəsi ilə 828 manat alaraq dələduzluq edib.

Qaynarinfo-nun məlumatına görə, 1992-ci il təvəllüdlü L.K. “Azra” gözəllik salonunun rəsmiləşdirilməsi üçün zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 828 manat pul alıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, L.K. 2017-ci ildən fərdi mühasib kimi fəaliyyət göstərib və zərərçəkmiş şəxsi əvvəldən tanıyıb. O, salonun vergi qeydiyyatı və icarə müqaviləsinin rəsmiləşdirilməsi üçün vergi hesabında pulun olması lazım olduğunu bildirib.

Bu məqsədlə zərərçəkmiş şəxs L.K.-nın bank hesabına 200, 116, 98 və 414 manat olmaqla, ümumilikdə 828 manat köçürüb. L.K. isə pulu təyinatı üzrə istifadə etməyib və vergi ödənişi ilə bağlı saxta görüntü göndərib.

Dövlət Vergi Xidmətinin məlumatı ilə həmin məbləğdə vergi ödənişinin həyata keçirilmədiyi təsdiqlənib. Məhkəmədə L.K. təqsirini etiraf edib və əməlindən peşman olduğunu bildirib.

Məhkəmə onun əvvəlki məhkumluğunu da nəzərə alıb. L.K. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib və əvvəlki cəzası ilə qismən birləşdirilərək yekun cəza 2 il 2 ay müəyyənləşdirilib.

Tutulduğu 2 gün də nəzərə alınmaqla, onun üzərində 2 il 1 ay 28 gün həbs cəzası qalıb. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aydın