Xəbər lenti

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: Ölən var ( VİDEO)
Video 09:20 06.05.2024

Bakıda toydan çıxan qadınları avtomobil vurdu: Ölən var ( VİDEO)

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları "Kia” markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Xəstəxanada müalicə alan Əfəndiyeva Gülarə Oktay qızı həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->