Xəbər lenti

Balakişi Qasımov yenidən federasiya prezidenti seçildi (FOTO)
Foto 13:05 05.12.2025

Balakişi Qasımov yenidən federasiya prezidenti seçildi (FOTO)

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Qaynarinfo AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirdə 61 yaşında dünyasını dəyişən mərhum vitse-prezident Fərhad Kasimovun xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AQF-nin baş katibi Vasif Məmmədov çıxış edərək 2022-2025-ci illər ərzində qurumun fəaliyyəti, görüləcəklər işlər, keçirilən yarışlar, əldə olunan uğurlar barədə məlumat verib.

Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər. İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək B.Qasımovu yenidən AQF prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Sonda B.Qasımov çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->