Xəbər lenti

İdman 13:40 07.03.2024

"Barselona" üçün bu mütəxəssisin qapısını döydülər

Mövsümün sonunda " Barselona" dan ayrılacaq Xavinin yerinə Mikel Arteta keçə bilər.

Qaynarinfo-nun məlumatına görə, klub rəhbərliyi hazırda "Arsenal"da çalışan ispan mütəxəssilə danışıqlara başlayıb. "Relevo"da çıxan xəbərə görə, "Barselona" prezidenti Xuan Laporta və idman direktoru Deko Arteta ilə ilk görüşü gerçəkləşdirib. Lakin tərəflər arasında hələ ki konkret razılıq əldə olunmayıb. 

Tərəflərin razılığa o qədər də yaxın olmadığı bildirilib. 2019-cu ildən "Arsenal"ı çalışdıran Artetanın ingilis nəhəngi ilə 2025-ci ilə qədər müqaviləsi var.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->