Xəbər lenti

Baş prokuror Ləmbəranskinin yerinə onu təyin etdi
Ölkə 18:33 19.06.2025

Baş prokuror Ləmbəranskinin yerinə onu təyin etdi

Sabunçu rayonuna yeni prokuror təyin edilib. 

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçunun yeni prokuroru vəzifəsinə Dadaşov Murad Natiq oğlu təsdiqlənib.

M.Dadaşov bundan əvvəl Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi işləyib.​

Qeyd edək ki, bir neçə gün əvvəl Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilmişdi. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->