Dünya 13:24 11.11.2022

Bayden Ukraynadakı münaqişəyə son qoymağın tək şərtini açıqladı

ABŞ prezidenti Co Bayden jurnalistlərə bildirib ki, Ukraynadakı münaqişənin həlli yalnız Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasından sonra baş verə bilər.

Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, bu barədə "Politico”nun müxbiri Aleks Uord bildirib

"Bayden deyib ki, Putin Ukraynanı tərk edənə qədər münaqişə həll olunmayacaq”, - Ourd deyib.

Kiyev dəfələrlə vurğulayıb ki, Moskva ilə danışıqlar yalnız Rusiya ordusunun ölkədən çıxarılmasından sonra başlaya bilər. Bundan əlavə, prezident Volodimir Zelenski deyib ki, Ukrayna Rusiyadan dialoqa başlamaq üçün "ərazi bütövlüyünü bərpa etməyi, BMT Nizamnaməsinə hörmət etməyi, bütün itkiləri kompensasiya etməyi, hər bir hərbi cinayətkarı cəzalandırmağı və bunun bir daha təkrar olunmayacağına zəmanət” gözləyir.
 
Alpər