Dünya 11:56 15.07.2022

Baydenin Səudiyyəyə getməzdən əvvəl son dayanacağı - Fələstin

ABŞ prezidenti Co Bayden və Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas bu gün, iyulun 15-də İordan çayının qərb sahilində görüşəcək və bu görüşdə əsas siyasi məsələlərdən əvvəlk iqtisadi tədbirlər müzakirə olunacaq.

Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.

Fələstin Muxtariyyətinin qərargahı Beytləhm ABŞ prezidentinin Səudiyyə Ərəbistanına səfərindən əvvəl son dayanacağı olacaq.

Yüksək rütbəli Amerika rəsmisi təsdiqləyib ki, Fələstin ərazilərində iqtisadi imkanların gücləndirilməsi ilə bağlı bəyanat Baydenin Fələstin hakimiyyəti ilə görüşündən sonra veriləcək.

Bu məmurun sözlərinə görə, ABŞ prezidenti Şərqi Qüdsdəki xəstəxanalara və İordan çayının qərb sahilində dördüncü nəsil rabitə şəbəkəsinin inkişafına böyük maliyyə yardımı göstərməyə hazırlaşır.

M.Arif