Xəbər lenti

Benyamin Netanyahu Bakıya 5 günlük səfərə gəlir
Dünya 18:00 29.04.2025

Benyamin Netanyahu Bakıya 5 günlük səfərə gəlir

İsrailin baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana rəsmi səfərə gələcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti baş nazirin ofisinə istinadən yazıb.

Netanyahu 11 may tarixində İsrailə dönəcək. Mayın 8-də Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və ölkədəki yəhudi icmasının nümayəndələri ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçısı deyil. Bu səbəbdən Netanyahunun həbs olunması təhlükəsi yoxdur.
--> -->