Xəbər lenti

Bərdədə yol qəzası - Ata və oğlu həlak oldu (FOTO)
Foto 11:15 28.10.2025

Bərdədə yol qəzası - Ata və oğlu həlak oldu (FOTO)

Ötən gecə Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Mehdili kəndi ərazisində iki "Lada Priora” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun 2005-ci il təvəllüdlü oğlu Röyal Əliyev və 2003-cü il təvəllüdlü Səyyad Elnur oğlu Əliyev hadisə zamanı vəfat edib. 
Ətraflı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları qəza zamanı avtomobildə sıxılı qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->