Ölkə 22:29 27.11.2021

Biləsuvarda ağır yol qəzasında bir neçə nəfər xəsarət aldı

Biləsuvar rayonunda ağır yol qəzası olub.

"Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü Atakişiyev İlqar Mehman oğlunun idarə etdiyi BMW markalı avtomobil idaretmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.