Xəbər lenti

Bölgələrin gündəmini işıqlandıran yeni layihə:
Video 15:50 02.09.2025

Bölgələrin gündəmini işıqlandıran yeni layihə: "YURDDAŞ" (VİDEO)

Yurd.Media ölkənin bölgələrini əhatə edən yeni layihəyə başlayıb.

"Youtube" və digər sosial şəbəkələrdə yayımlanacaq "Yurddaş” verilişində regionlardakı problemlər, həllini gözləyən məsələlər, istifadə olunmayan imkanlar müzakirə olunacaq.

Yurd.Media-nın baş redaktoru Murad Əliyevin təqdimatında baş tutan ilk müsahibədə deputat Razi Nurullayev ilə Azərbaycanın regionlarında su çatışmazlığı, əkin və məhsuldarlıqla bağlı problemlər, turizmlə bağlı görüləsi işlər, yas mərasimlərinin təşkili, habelə idman komplekslərinin səmərəsiz fəaliyyəti, "İmişli” futbol klubunun stadionla bağlı çətinliyi və digər məsələlər gündəmə gətirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->