İdman 10:34 07.01.2024

Braziliya millisinin əfsanəsi dünyasını dəyişdi

Braziliya millisinin əfsanəvi futbolçusu və məşqçisi Mario Zaqallo 92 yaşında dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Zaqallonun sosial media hesabından paylaşım edilib. 

Zaqallo həm oyunçu, həm də məşqçi kimi dünya çempionatını qazanan ilk şəxs olub.  1958-ci ildə İsveçdə, 1962-ci ildə Çilidə ardıcıl şəkildə dünya çempionu olan  Braziliya millisində çıxış edən Zaqallo hər iki final matçına "ilk 11-lik"də başlayıb. Zaqallo, Pele, Jairzinho və Karlos Alberto Prreyra da daxil olmaqla, həmin vaxt bütün zamanların ən yaxşı komandası sayılan Braziliyanı məşqçi kimi 1970-ci ildə Meksika çempionatına aparıb.

Zaqallo sonuncu dəfə 1994-cü ildə ABŞ-da çempionluq qazanan məşqçi Karlos Alberto Parreyranın rəhbərlik etdiyi komandanın koordinatoru vəzifəsində çalışıb. Pelenin ölümündən sonra Zaqallo Braziliya yığmasının heyətində 1958-ci ildə keçirilən dünya çempionatının qalibi olan komandanın sağ qalan sonuncu üzvü idi. 33 dəfə millinin formasını geyinən əfsanəvi futbolçu karyerası boyu iki klubda - "Flamenqo" və "Botafoqo"da forma geyinib.

"Professor” və "Qoca Qurd” ləqəbli Zaqallonun ölümündən sonra FİFA prezidenti Canni İnfantino da başsağlığı verib.

Səbuhi Həsənov