Xəbər lenti

Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir
Dünya 19:22 08.05.2024

Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiyanın hərbi attaşesini ölkədən qovmaq qərarına gəlib.

Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib

Onun sözlərinə görə, diplomatın ölkədən çıxarılması "Rusiya hökumətinin bütün Avropada ehtiyatsız və təhlükəli fəaliyyəti” ilə bağlıdır.

"Mən İcmalar Palatasına deyə bilərəm ki, biz elan edilməmiş hərbi kəşfiyyatın əməkdaşı olan Rusiyanın müdafiə üzrə attaşesini göndərəcəyik", - nazir bildirib.
O, həmçinin əlavə edib ki, London Böyük Britaniyada Rusiyaya məxsus bir sıra mülklərin, o cümlədən Seacocks House-un diplomatik binalarının statusunu ləğv edəcək. Bundan əlavə, Rusiyanın Sasseksdəki obyekti, habelə Hayqeytdəki ticarət və müdafiə departamenti diplomatik statusunu itirəcək. Nazir qeyd edib ki, əmlak kəşfiyyat məqsədləri üçün istifadə edilib.

"Biz Rusiya diplomatik vizalarının verilməsinə yeni məhdudiyyətlər, o cümlədən rusiyalı diplomatların Böyük Britaniyada qalma müddətinin məhdudlaşdırılması tətbiq edirik. Rusiyaya mesajımız aydındır: bu qanunsuz müharibəni dayandırın. Qoşunlarınızı Ukraynadan çıxarın. Bu zərərli fəaliyyəti durdurun”, – Kleverli deyib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->