Siyasət 21:59 31.05.2022

Bu Aİ dövlətləri iyunda Ukraynaya namizəd statusunun verilməsinə qarşıdır - Draqi

İtaliyanın baş naziri Mario Draqi bildirib ki, İtaliyadan başqa "faktiki olaraq bütün böyük Aİ dövlətləri” iyunda Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsinə qarşıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Rai News” məlumat yayıb 

Brüsseldə keçirilən sammitin yekunlarına dair mətbuat konfransı zamanı Draqi qeyd edib ki, hazırda Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı vəziyyət gözlənilməzdir. Eyni zamanda, o bildirib ki, onun fikrincə, Avropa Komissiyası Ukraynanın sürətləndirilmiş üzvlük prosesinə ehtiyacı olması ilə razılaşır.

Qeyd edək ki, Slovakiya prezidenti Zuzana Çaputova mayın 31-də Kiyevdə keçirdiyi brifinq zamanı bildirib ki, o, polşalı həmkarı Anjey Dudanı Ukraynanın namizəd statusu ilə bağlı "daha ​​təmkinli” olan Aİ liderləri ilə danışıqlara dəvət edib. Prezident Volodimir Zelenski əlavə edib ki, bəzi dost ölkələr hələ də Ukraynanın Aİ-yə sürətli üzvlüyünə bir az şübhə ilə yanaşır, lakin "prinsipcə, demək olar ki, hamı publik şəkildə buna müsbət yanaşır”.

Nizami Bağırov