Xəbər lenti

Siyasət 19:21 26.04.2024

Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik

Ermənistan hakimiyyəti o yerə çatıb ki, ölkənin gələcəyi ilə bağlı konkret plan masa üzərindədir.

Report "Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə” partiyasının üzvləri ilə görüşündə deyib.

"Bu, çox mühüm mərhələdir və biz partiya olaraq bu mərhələdə çox fəal olmalıyıq”, - o bildirib.

Azərbaycanla bəzi ərazilərdə sərhədin delimitasiyası prosesindən danışan baş nazir qeyd edib ki, bu, çox mürəkkəb məsələdir, amma indi hansısa kənd, yol və ya ev məsələsi deyil, yaxın onilliklər üçün Ermənistan məsələsi həll olunur: "Biz bu məsələni həll edəcəyik. Başqa çıxış yolumuz yoxdur, çünki bu, bizim, "Mülki Müqavilə” partiyasının missiyasıdır”.

O, əlavə edib ki, dövlət təfəkkürü ilə qeyri-dövlət təfəkkürü arasında sərhəd var: "İndi biz dövlət təfəkkürünə yenicə giririk, çünki biz dövlət təfəkkürü çərçivəsində deyildik. Öz vətənimizdə vətən axtarırdıq. Bizim vəziyyətimizdə aşağıdakı sual çox konkret cavab tələb edir. Vətən nədir? Çünki bizim şüurumuzda və şüuraltımızda Vətən haqqında bir neçə fikir var. Ona görə də "Vətən dövlətdir” konsepsiyası irəli sürülüb”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->