Xəbər lenti

Bu bayram dünya azərbaycanlıları üçün hesabat günüdür - Kulturoloq
Ölkə 14:30 23.12.2025

Bu bayram dünya azərbaycanlıları üçün hesabat günüdür - Kulturoloq

(Yazı "Azərbaycançılıq ideyasının təbliği" mövzusu üzrə hazırlanıb)

Bir neçə gündən sonra 2026-ci il ölkəmizə qədəm qoyur. Bu tarix təkcə Yeni il bayramı kimi yox, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə hər il 31 dekabr - dünya azərbaycanlılarını birləşdirən Həmrəylik Günü kimi dünyada yaşayan 60 milyonluq soydaşımız tərəfindən bayram kimi qeyd edilir:

"Bu bayram həm köhnə ilin yekunu, həm də yeni ilin gəlişi münasibəti ilə keçirilir. Bu və digər səbəblərdən tarixi vətənləri sayılan həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycan, Gürcüstan, Borcalı eli, Dərbənd, Türkmən və Anadolu torpaqlarından ayrı düşmüş dünya azərbaycanlıları və onlara yaxın olan insanlar tərəfindən bir növ hesabat xarakterli bayram kimi də qəbul edilə bilər. O dövrdə Azərbaycanla bağlı çox gərgin hadisələr baş verən zaman "azərbaycançılıq” dünya azərbaycanlılarını birləşdirən bir ideologiya kimi Heydər Əliyev tərəfindən bizə təqdim edildi. Artıq məlum oldu ki, dünya azərbaycanlılarını yeganə bir ideologiya olan həmrəylik - azərbaycançılıq məfkurəsi bütöv Azərbaycan ətrafında birləşmək kimi müqəddəs amal yaxınlaşdıra bilər. Qarabağı və işğal altında olan digər rayonlarını geri qaytaran müzəffər ordumuz, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini uğurla yerinə yetirən və qələbə ilə yekunlaşdıran azərbaycanlılar bu həmrəylik nəticəsində azərbaycançılıq ideologiyası ətrafında nəyə qadir olduğunu həm dünyaya, həm də özmüzə sübut etdi".

Aydın Xan Əbilov hesab edir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü həm də hesabat xarakterli bir hadisədir:

"Azərbaycanlılar harada yaşamasından asılı olmayaraq, dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyətini, Azərbaycan tarixini, Qarabağ həqiqətlərini, azərbaycançılıq və bütöv Azərbaycan ideologiyasını təbliğ edən istər virtual, istərsə də canlı müxtəlif tədbirlər keçirirlər və keçirməlidirlər. Dünyada yaşayan bir çox xalqlar var ki, onlar bizim kimi eyni taleyi yaşasalar da, bizim qədər tarixi vətənlərinə bağlı deyillər. Hətta dünyada belə bir ideya var, harada yaxşı yaşayırsansa, ora sənin üçün vətəndir".
 


Aydın Xan Əbilov azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, ürəklərinin vətənlə döyündüyünü qeyd edib:

"Ən böyük vəzifələrdə böyük uğurlar qazanmaqda, biznes və digər bu tipli naliyyətlər əldə etsələr də, yenə də tarixi vətən saydıqları Azərbaycana məhəbbətləri sonsuzdur. İstər Dünya Azərbaycanlılarının Həmrəylk Günü, istər Yeni il bayramı, istərsə də digər sonrakı bayramlar bizi bir xalq olaraq birləşdirir və bu gün, eləcə də gələcəkdə yeni uğurlar qazanmaq üçün həvəsləndirir. Bu baxımdan da biz düşünürük ki, həmrəylik bayramı həm də dünya azərbaycanlılarını birləşdirən bir gün olaraq bizə yeni naliyyətlər qazanmaq üçün yeni motivasiyalar verməlidir və sözün həqiqi mənasında da verir".

Kulturoloqun fikirincə, yeni nəsil bu bayramı müqəddəs gün kimi qeyd etməlidir:

"İstər Azərbaycanda, istər dünyanın hər yerində yaşamasından asılı olmayaraq, diaspora və milli mərkəzlərimiz Dünya Azərbaycanlıların Həmrəylik Gününü xüsusilə təmtəraqlı qeyd etməlidir. Dost-tanışlar, həmyaşıdları vasitəsi ilə bizim ideoloji təbliğat vasitəsi olan azərbaycançılıq və Azərbaycan məfkurəsini dünyada tanıtmalıdırlar. Bunlar müxtəlif formatda da ola bilər, internet və sosial şəbəkələr, süni intelektlə hazırlanmış videolar, mahnılar musiqilər, videoroliklər, sosial çarxlar, tədbirlər, ziyafətlər, qonaqlıqlar, Azərbaycanla bağlı sərgilər. Həm dünya görsün, həm də özümüz görək ki, Azərbaycan çox böyük, qədim sivilizasiya mərkəzdir. Və bunun əksəriyyəti Azərbaycanın kreativ biznesinin və turizmin inkişafına, dünya azərbaycanılarının vətənlərinə gəlib-getmələrinə, həm də beynəlxalq turistlərin Azərbaycana səfər etməsinə xüsisi təsiri olar".

Aydın Xan Əbilov düşünür ki, azərbaycanın özündə də həmrəylik gününü karnaval formatında müxtəlif tədbirlər keçirməklə inkişaf etdirə və insanları bir amal ətrafında da birləşdirə bilərik.  

Bahar Rüstəmli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

--> -->