Bu gün Azad Azərbaycan (ATV) telekanalının 25 yaşı tamam olur.
"Azad Azərbaycan Teleradio Yayım Şirkəti" 1998-ci mayın 13-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 2000-ci il dekabrın 25-də isə yayıma başlayıb.
Kanalın ilk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edib. Lakin 2002-ci ildən "Son Xəbər" adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb.
2015-ci il dekabrın 26-da "ATV Plus"da "HD" yayıma başlayıb. Hazırda "Azad Azərbaycan HD" kanalının ölkənin hər yerindən izlənilməsi imkanı var. 2016-cı il yanvarın 4-dən etibarən Rusiyanın "NTV Plus" kabel televiziyasında yayımlanır.
2022-ci il yanvarın 28-də isə "Azerspace-1" peykində HD yayım formatına keçib.
Qaynarinfo kollektivi ATV-də çalışan bütün həmkarlarını təbrik edir, onlara işlərində yeni uğurlar arzulayır !
Şərhlər