Xəbər lenti

Bu məktəbdə araşdırma başladı
Ölkə 11:36 22.10.2025

Bu məktəbdə araşdırma başladı

Bakıdakı 250 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru tərəfindən müəllimlərdən vəsait toplanması iddiası ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Bu barədə Qaynarinfo-ya qurumdan məlumat verilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->