Bakıda fəaliyyət göstərən Bülbül adına musiqi məktəbində tələbə müəllimin bank kartından oğurluq edib.
Qaynarinfo xəbər verir ki, Mədəniyyət və İncəsənət Universitetinə daxil olmaq üçün Bülbül adına musiqi məktəbinin müəllimi Gülzar Adilovanın (şərti) yanına hazırlığa gedən Elnur Rəcəbov (şərt) dərs bitdikdən sonra müəllimin bank kartını oğurlayaraq oradan 101 manatlıq alış-veriş edib.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Elnur Rəcəbnov saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Səbail Rayon Məhkəməsində hakim Sahilə Bağırovanın sədrliyi ilə baxılıb. Elnur Rəcəbov məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə ona 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 1 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 2 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər