Xəbər lenti

Foto 11:08 05.11.2025

"Card to Art" layihəsi "Araz"ın Xankəndi filialında (FOTO)

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz” supermarketlər şəbəkəsi təbiətin qorunması və ekologiyanın mühafizəsi istiqamətində layihələrini davam etdirir. Bununla bağlı "Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" supermarketlər şəbəkəsinin dəstəyi ilə "Card to Art" sosial-ekoloji layihə bu dəfə Xankəndidə həyata keçirilib.  

Layihə çərçivəsində plastik kartları toplamaq üçün nəzərdə tutulan qutu "Araz” supermarketlər şəbəkəsinin Xankəndi filialında yerləşdirilib. 
Xankəndi sakinləri istifadə müddəti başa çatan plastik (bank, nəqliyyat, endirim və.s) kartları "Araz”ın Xankəndi filialındakı qutuya ataraq bu bölgədə plastik tullantıların azalmasına töhfə verəcəklər.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək "Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.

Xatırladaq ki, "Card to Art" sosial-ekoloji layihə çərçivəsində ilk qutu Qutqaşınlı superstore filialında yerləşdirilib. 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->