Xəbər lenti

Çempionlar Liqası:
İdman 23:41 10.12.2025

Çempionlar Liqası: "Qarabağ" iki dəfə önə keçdiyi oyunda uduzdu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubd müəllifi olub.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.
 
Çempionlar Liqası
Liqa mərhələsi
VI tur

10 dekabr
Qarabağ (Azərbaycan) - Ayaks (Niderland) 2:4
Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 - Kasper Dolberq, 39. Oskar Qloux, 78; 90. Anton Qaey, 83.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qloux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.
Hakimlər: Rade Obrenoviç, Yuri Praprotnik, Qreqa Kordez, Mateo Tozan (Sloveniya).
VAR: Matej Juq (Sloveniya).
AVAR: Alen Borosak (Sloveniya).
Tofiq Bəhramov adına Respublika Stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->