"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.
Qaynarinfo-nun məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.
Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.
Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
Napoli (İtaliya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Skott Maktominey, 66. Marko Yankoviç, 72 (avtoqol).
Dəqiq olmayan penalti: 19. Rasmus Höylund, 56.
Napoli: 32. Vanya Milinkoviç-Saviç, 4. Alessandro Boncorno, 7. David Neres, 8. Skott Maktominey, 13. Amir Rahmani, 17. Matias Oliveyra, 19. Rasmus Höylund, 22. Covanni Di Lorentso, 31. Sam Beukema, 68. Stanislav Lobotka, 70. Noa Lanq.
Ehtiyat oyunçular: 14. Nikita Kontini, 25. Matias Ferrante, 5. Juan Jezus, 20. Elyif Elmas, 21. Matteo Politano, 26. Antonio Verqara, 27. Lorentso Lukka, 69. Cüzeppe Ambrozini.
Baş məşqçi: Antonio Konte.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa).
VAR: Pol van Bukel (Niderland).
AVAR: İvan Bebek (Xorvatiya).
Neapol, "Stadio Diego Armando Maradona".
Şərhlər