Xəbər lenti

Yankoviç ikinci dəfə ata oldu (FOTO)
İdman 21:17 24.11.2025

Yankoviç ikinci dəfə ata oldu (FOTO)

Monteneqro millisinin və "Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviç ikinci dəfə ata olub.

Bu barədə futbolçu instaqram hesabında paylaşım edib.

O paylaşımında yeni doğulan oğluna Maksim adını verdiklərini bildirib.

Qeyd edək ki, monteneqrolu futbolçunun bundan əvvəl – 2023-cü ildə dünyaya gələn Niksa adlı bir oğlu da var.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən "Köhlən atlar”ın heyətində çıxış edir.

Onu da bildirək ki, futbolçu UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "Napoli” – "Qarabağ” oyunu üçün ötən gün komanda ilə birlikdə İtaliyaya yollanıb.
 
 

 

 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->