Xəbər lenti

Çexiya rus diplomatlarının Şengendə hərəkətini məhdudlaşdırmağı təklif edir
Dünya 21:59 23.01.2024

Çexiya rus diplomatlarının Şengendə hərəkətini məhdudlaşdırmağı təklif edir

Çexiyanın xarici işlər naziri Yan Lipavski Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketinə rus diplomatlarının Şengen zonası daxilində hərəkətinə məhdudiyyətlərin daxil edilməsini təklif edib.

Qaynarinfo Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə Xarici İşlər Şurasının iclasında bildirib.

"Çexiya Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarının və onların ailə üzvlərinin yalnız akkreditə olunduğu dövlətin ərazisində hərəkətinə məhdudiyyətlər qoymağı təklif edir. Rusiya diplomatlarının Şengen zonasından istifadə etməsi yanlışdır. Təklifimizin 13-cü sanksiyalar paketinə daxil edilməsi üçün mümkün olan hər şeyi edəcəyik”, deyə Lipavski bildirib.

Avropalı nazirlər Ukraynaya hərbi və maliyyə dəstəyinin davam etdirilməsinin vacibliyini və yeni Avropa Sülh Fondu paketi üzrə danışıqları müzakirə ediblər.

"Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə də bağlıdır. Ona görə də biz Ukraynanın Rusiyanın təcavüzündən müdafiəsində ona hərbi və maliyyə dəstəyini davam etdirməliyik”, deyə Çexiya diplomatiyasının rəhbəri bildirib.

Nazirlər Avropa Komissiyasının Ukrayna və Moldova qanunvericiliyinin yoxlanılmasına başlamaq və onların Aİ-yə daxil olması ilə bağlı danışıqlar üçün çərçivənin hazırlanması qərarını alqışlayıblar.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->