Dünya 20:17 06.01.2023

Çin ABŞ-ın COVID vaksinlərini qəbul etməkdən imtina edir - "Bloomberg"

ABŞ hakimiyyəti dəfələrlə Çin hökumətinə COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizə üçün lazım olan müasir mRNT vaksinlərinin tədarükünü təşkil etməyi təklif edib, lakin hər dəfə onlara rədd cavabı verilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən yazır.

Agentliyin məlumatına görə, ABŞ məsələnin "siyasi həssaslığını” nəzərə alaraq, tədarükün vasitəçilər tərəfindən qurulmasını təklif edib. Dialoq davam edir, lakin Çin rəsmiləri vəziyyətin nəzarətdə olduğunu və köməyə ehtiyac duymadıqlarını deyirlər. 

Pekinin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, Çində hazırlanan vaksinlər yüksək effektivliyə malikdir və onların istehsalı ölkənin daxili tələbatını təmin etməklə yanaşı, həm də ixrac imkanları yaradır. Birləşmiş Ştatlar hesab edir ki, Pekinin imtinası Çinin epidemiya ilə təkbaşına mübarizə apara bilmədiyini nümayiş etdirmək qorxusu ilə bağlıdır. 

"Hətta fəlakətli COVID-19 epidemiyasının ortasında belə, Pekin peyvənd millətçiliyini nümayiş etdirməyə davam edir - bu, şübhəsiz ki, lazımsız ölümlərə səbəb olacaq bir qərardır", - Strateji və beynəlxalq araşdırmalar mərkəzinin Çinşünaslıq kafedrasının rəhbəri Cud Blanşett bildirib. 

Xatırladaq ki, dekabr ayında etirazçıların təzyiqi ilə üç il ərzində COVİD-ə qarşı sıfır tolerantlıq siyasəti aparan Çin bütün epidemioloji məhdudiyyətləri aradan qaldırdı. Bundan sonra beynəlxaql mediada on milyonlarla çinlinin virusa yoluxduğu, saysıs-hesabsız ölüm hallarına görə kremotarilərin işin öhdəsindən gəlmədikləri barədə məlumatlar dərc ediib. Bu səbəbdən də mütəxəssislər Çindən digər ölkələrə vurisun yayılmasının yeni dalğaların olacağını ehtimal edirlər. 

Nizami Bağırov