Xəbər lenti

Cocuq Mərcanlıda çoban minaya düşərək həlak oldu
Ölkə 18:42 01.05.2023

Cocuq Mərcanlıda çoban minaya düşərək həlak oldu

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina partlayışı baş verib.

Bu barədə Qaynarinfo-ya DİN-in mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumat verib.

Məlumata görə, atlı çoban tank əleyhinə minaya düşərək həlak olub.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Məlumata görə, hadisə minalardan təmizlənməmiş ərazidə baş verib.

Maldarlıq fəaliyyəti ilə məşğul olan Füzuli rayon Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oktay Bayram oğlu at ilə hərəkətdə olarkən minalardan təmizlənməmiş əraziyə keçid edib və tank əleyhinə mina partlayışı nəticəsində həlak olub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->