Xəbər lenti

Consondan Ukrayna parlamentinə müraciət: “Putinin müharibə maşını xarab oldu
Dünya 11:43 04.05.2022

Consondan Ukrayna parlamentinə müraciət: “Putinin müharibə maşını xarab oldu"

Böyük Britaniya baş naziri Boris Conson Ukrayna parlamenti qarşısında onlayn çıxış edib.

Qaynarinfo bu barədə "Aljazeera” saytına istinadən xəbər verir. 

Conson çıxışında Britaniyanın Ukraynaya növbəti hərbi yardımını elan edib. Həmçinin Ukraynanın Rusiyaya qarşı müqavimətini Çörçilin sözləri ilə "tarixi naliyyət anı" (Finest hour) adlandırıb. 

Conson müharibə başlanandan Ukrayna Ali Radasına müraciətlə çıxış edən ilk xarici dövlət lideridir. 

"Bu gələcək nəsillərin xatırlayacağı və danışacağı Ukraynanın tarixi nailiyyət anıdır”, deyə Conson Çörçilin 1940-ci il çıxışında işlətdiyi ifadəni təkrarlayıb.

Baş nazir bildirib ki, Ukraynanın müqaviməti Vladimir Putin ordusunun məğlubedilməzlik mifini dağıtdı, hərb tarixində və ölkənin həyatında ən şanlı səhifəni yazdı. 

"Putinin qarşısı alınmaz güc adlanan müharibə maşını məğlubedilməz olan Ukrayna patriotizmi və vətən sevgisi qarşısında xarab oldu”, deyə Conson bildirib.

Britaniyalı nazir Rusiya prezidentinin özü və ölkəsi üçün fəlakətin toxumlarını səpdiyini deyib. 

Conson Ukraynalıların şir enerjisi və cəsarəti ilə döyüşdüklərini bildirib, ölkəsinin Ukraynaya yeni hərbi yardımını açıqlayıb. Bunlara elektronik döyüş ləvazimatları, radar sistemi, gecə görmə cihazları, dronlar daxildir. Bundan əlavə Böyük Britaniya Ukraynaya ağır silahlar göndərməyə davam edir.

Conson ukranalı deputatlara Qərbin dəstəyinin davam edəcəyini söz verib: "Uzun vədəli hədəfimiz Ukraynanı elə möhkəmləndirməkdir ki, heç kim bir də ona hücum etməyə cəhd eləməsin". 

Nurlan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->