Xəbər lenti

Deputat narazılıq etdi, nazir müavini cavab verdi
Ekonomiks 12:40 13.02.2026

Deputat narazılıq etdi, nazir müavini cavab verdi

"Biz qəbiristanlıqları bələdiyyələrə vermək üçün müzakirə edəndə bələdiyyələr onu götürmək istəmirdi. Çünki onların qəbiristanlıqları saxlamaq imkanları yoxdur. Biz birinci imkanlar barədə düşünməliyik".

Qaynarinfo xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsinin müzakirəsi zamanı bildirib. 

Deputatın fikrcincə, bu sənəddə göstərilir ki, 2025-ci ildə Gədəbəydə və digər yerlərdə cəmi 4 yeni bələdiyyə müəssisəsi yaradılıb:

"Bu bələdiyyə üçün minumum bir fəaliyyətdir. Necə olar bilər ki, Azərbaycan kimi bir dövlətdə yerli özünüidarəetmədə bir il ərzində cəmi 4 müəssisə yaradılır. Əslində yüzlərlə müəssisə olmalıdır. Biz məşğulluqla bağlı problemi həll etmək itəyiriksə, bələdiyyələrin bu imkanlarını artırmalıyıq".

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov isə Fazil Mustafaya cavab olaraq bildirib ki, 2025-ci ildə 4 müəssisə yaradılsa da, hazırda 30-a yaxın belə müəssisə mövcuddur:

"Onların iqtisadi fəaliyyətini sürətləndirmək üçün kifayət qədər hüquqi tənzimlələr mövcudur. Biz nazirlik olaraq bələdiyyələrlə mütəmadi görüşlər keçiririk. Bu görüşlər zamanı da onlara iqtisadi qanunvericilik aktları barədə məlumatlar təqdim edirik".

Qafqaz Rafiqoğlu
--> -->