Xəbər lenti

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
Ölkə 16:51 03.03.2026

Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi

Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi "Embawood” MMC barəsində inzibati iş başlayıb. 

Qaynarinfo xəbər verir ki, şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə hüquqi şəxslərin 5 000 manatdan 10 000 manatadək cərimə cəzası nəzərdə tutulur. 

İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə "Embawood” MMC-nin reklam üçün müvafiq qurumlardan icazə aldığı diqqətə çatdırılıb. 

Qarşı tərəf isə məhkəmədə iştirak etməyib. 

Hakim Bəxtiyar Məmmədovun çıxardığı qərara əsasən şirkət barəsində inzibati işə xitam verilib. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood” MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A-da yerləşən "Embawood” MMC-nin qanuni təmsilçisi Əliyev Emil Vaqif oğludur. Emil Əliyevin haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən "Embawood” MMC-nin təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. Məşhur Məmmədov 2020-ci ildən deputatdır.

Seyid
--> -->