Xəbər lenti

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edildi
Ölkə 14:24 03.03.2026

“SAĞLAM AİLƏ”-yə yeni direktor təyin edildi

"SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsinin rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib.

Qaynarinfo Valyuta.az-a istinadən xəbər verir ki, Şəbəkənin idarəçi direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.

V.Ələkbərzadə bu təyinata qədər "SAĞLAM AİLƏ” Tibb Mərkəzləri Şəbəkəsində direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir. 

O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan Hüquqları və İnformasiya hüququ üzrə UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları sahələrində mühazirələr aparır.

Qeyd edək ki, o, Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb, həmin universitetin Hüquq fakültəsində magistratura pilləsini fərqlənmə ilə başa vurub. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini də fərqlənmə ilə bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq elmi jurnallarda məqalələri dərc olunub və bu istiqamətdə doktorantura təhsili alır.

--> -->