Xəbər lenti

DİP iki jurnalisti təltif etdi
Ölkə 19:53 22.07.2026

DİP iki jurnalisti təltif etdi

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul – Milli Mətbuat Günü münasibətilə «Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda» mükafata 2026-cı ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

Qaynarinfo qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, qərara əsasən, sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

1. Esmira Namiqqızı ("Qərbi Azərbaycan” TV-nin baş redaktoru, İctimai TV-nin siyasi proqramlar departamentinin böyük redaktoru) – "Qarabağa və Qərbi Azərbaycana qayıdışla bağlı çoxsaylı uğurlu televiziya layihələrinə görə;

2. Seymur Əliyev (moderator.az saytının əməkdaşı) - Azərbaycanın ictimai-siyasi və sosial həyatında baş verən proseslərin obyektiv işıqlandırılmasına görə.

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->