Satınalma müsabiqələrində fəal iştirak edən sahibkar Emin Qələndərli etibarsız təchizatçılar siyahısına salınıb.
Qaynarinfo-nun məlumatına görə, o, 2027-ci il iyulun 15-dək satınalma müsabiqələrində iştirak edə bilməz.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, Emin Qələndərli ötən il 20 satınalma müqaviləsi imzalayıb. Sahibkar əsasən ofis ləvazimatlarının satışını həyata keçirir.
Emin Osmanovla satınalma müqaviləsi bağlayan qurumlar aşağıdakılardır:
- - Azərbaycan Milli Elmlər Akademiyası, Akademik H.Əliyev adına Coğrafiya İnstitutu;
- - Lənkəran Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi;
- - Masallı Rayon Dezinfeksiya Stansiyası;
- - Masallı Rayon Mənzil İstismar Sahəsi;
- - Salyan Rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd İnzibati Ərazi Nümayəndəliyi;
- - "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi;
- - Geoloji Kəşfiyyat Agentliyi;
- - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə Nümayəndəliyi;
- - "İsmayıllı Olimpiya İdman Kompleksi” MMC
- - Ədliyyə Nazirliyi;
- - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi;
- - Şəki Regional Elmi Mərkəzi;
- - Abşeron Rayon Statistika İdarəsi;
- - Masallı Rayon Mərkəzi Xəstəxanası;
- - Salyan Rayon Mərkəzi Xəstəxanası;
- -" Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu;
- - Masallı Rayon Dezinfeksiya Stansiyası.
Seyid
Şərhlər