Xəbər lenti

Arzuları reallaşan Xıdırlı sakinləri:
Video 16:39 15.01.2026

Arzuları reallaşan Xıdırlı sakinləri: "Şükür edirəm ki, öz torpağımdayam" (VİDEO)

"Şükür edirəm ki, öz torpağımdayam. Bundan sonra dünyamı dəyişsəm də, dərdim olmaz”.

Bu sözləri Baku TV-yə 32 il sonra öz doğma yurduna – Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan Həsən Balakişiyev deyib.

O bildirib ki, 39 yaşında övladları ilə birlikdə doğma torpağı tərk etmək məcburiyyətində qalıb: "Biz bu torpaqlara bağlıyıq, burada doğulmuşuq. Böyük oğlum da mənimlə qayıtdı, dedi ki, Bakıda qala bilmərəm”.

Digər sakin Rəhilə Quliyeva isə qeyd edib ki, ailəsi ilə birlikdə Xıdırlını 1993-cü ildə tərk ediblər və uzun illər doğma yurda qayıdış həsrəti ilə yaşayıblar.

"32 il az vaxt deyil. Azərbaycanın içində yaşasaq da, insan üçün doğma yurd qədər əziz yer olmur. Bu günləri böyük həsrətlə gözləmişik. Müəlliməm və hər dəfə sinfə girəndə uşaqlara Azərbaycanı bütöv yox, torpaqlarının 20 faizi işğal altında olan ölkə kimi anlatmaq mənə çox ağır gəlirdi. Bu günü bizə nəsib edən qəhrəman oğullarımıza minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların ruhu bizim üçün həmişə əzizdir”, deyə R.Quliyeva vurğulayıb.


--> -->