Dövlət Məşğulluq Agentliyi fərdi sahibkar Emil Vidadi oğlu Orucovla satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə Şərqi Zəngəzur Regional Məşğulluq Filialı üçün ofis icarəsi nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 97 200 manatdır.
Emil Orucov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində Sosial-İqtisadi Kollecin keçmiş direktoru Vidadi Orucovun oğludur.
Dövlət Məşğulluq Agentliyi ötən il də Emil Orucovla ofis icarəsi ilə bağlı satınalma müqaviləsi imzalayıb. Həmin müqavilənin də maliyyə dəyəri 97 200 manatdır.
Bu fakt icarə müqaviləsinin bir illik olduğunu göstərir. O zaman Agentliyin ofis üçün aylıq 8100 manat ödədiyi aydın olur.
Emil Orucovun fəaliyyəti ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, əsasən ofis icarəsi ilə məşğul oluq. O, 2021, 2022 və 2024-cü illərdə Dövlət Tibbi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə qeyri-yaşayış sahəsinin icarəsinə dair satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin ümumi maliyyə dəyəri 928 561 manatdır.
Seyid
Şərhlər