Xəbər lenti

DVX-nin yeni idarəsinə rəis təyin olundu
Ölkə 13:49 05.03.2026

DVX-nin yeni idarəsinə rəis təyin olundu

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) yeni yaradılan Data analitika idarəsinə bir müddət əvvəl rəis təyin olunub.

Qaynarinfo-nun İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Roman Bandurin Data analitika idarəsinə rəis təyin olunub.

O, bu təyinatdan əvvəl Vergi risklərinin idarəedilməsi baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, ötən ilin noyabrında DVX-nin strukturunda üç yeni idarə - Daxili audit baş idarəsi, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsi və Data analitika idarəsi yaradılıb. Həmin vaxt Daxili audit baş idarəsinin rəisi vəzifəsinə Zeynalabdin Məmmədzadə, Strateji planlaşdırma və təşkilati risklərin idarə olunması baş idarəsinin rəisi vəzifəsinə isə Fərid İsayev təyin edilib.
--> -->