Xəbər lenti

Ölkə 16:01 06.08.2026

"Şəhid oğlunun dərdini ömrünün sonunadək çəkdi" - Tahir Kərimli

Sabiq deputat Tahir Kərimli bacısının vəfatı ilə bağlı danışıb. 

O Qaynarinfo-ya açıqlamasında bildirib ki, bacısı Saabxanım Kərimova böyük oğlunun I Qarabağ müharibəsində şəhid olmasının ağrısını ömrünün sonunadək daşıyıb. 

Tahir Kərimlinin sözlərinə görə, uzun müddət aparılan müalicələr də nəticə verməyib:

"Günbəgün əriyirdi. Hara apardıqsa, nə qədər müalicə olundusa da, xeyri olmadı. Gözümüzün qarşısında günbəgün solurdu".

Tahir Kərimli bildirib ki, bacısı oğlu I Qarabağ müharibəsində Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub:

"Bacımın həyat yoldaşı alim idi. Övlad itkisi onu da sarsıtdı. Həmin hadisədən sonra çox yaşamadı. Oğlu Ağdam uğrunda gedən döyüşlərdə şəhid olmuşdu".

Xatırladaq ki, sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. Onun bacısı Saabxanım Kərimova vəfat edib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->