Xəbər lenti

Şəhriyar gerilədi, Teymur irəlilədi
İdman 10:35 01.02.2024

Şəhriyar gerilədi, Teymur irəlilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.
 
Qaynarinfo-nun məlumatına görə, Şəhriyar Məmmədyarov (2723) 26-cı pilləyə geriləyib. Şəhriyarla eyni xala malik Teymur Rəcəbov (2723) isə iki pillə irəliləyib və 25-ci yerdə qərarlaşıb. Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) isə 96-cıdır.
 
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.
 
Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür. Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->