Xəbər lenti

Elmira Axundovanın yaxın adamı üçün çəmbər daraldı
Ölkə 17:51 17.01.2026

Elmira Axundovanın yaxın adamı üçün çəmbər daraldı

Azərbaycanın Ukraynadan səfiri olmuş, keçmiş deputat Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimovun həbsi 8 milyonluq dələduzluq olayında düyünlərin açılmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, Elnur İbrahimov dəymiş zərəri ödəməkdən yayındığı, bununla da məhkəmə qərarını icra etmədiyi üçün 10 sutka inzibati həbsə məhkum edilib. 

Bəs Elnur İbrahimovun həbs müddəti bitdikdən sonra nə baş verəcək? 

Qanunvericiliyə görə, Elnur İbrahimov həbsdən çıxdıqdan sonra yenə də dəymiş zərəri ödəməsə, bu dəfə daha uzun müddətə inzibati qaydada həbs oluna bilər. Bu tədbir də nəticə verməsə, o zaman Elmira Axundovanın yaxın adamı cinayət məsuliyyətinə cəlb oluna bilər. 

İndi onun yeganə çıxış yolu fiqurantı olduğu dələduzluq olayında düyünləri açmaqdır. Bu halda isə keçmiş deputat və oğlu Həbib Axundov üçün çətin günlər başlaya bilər. 

Məlumatlara görə, bu iş üzrə zərərçəkmiş qismində tanınan şəxslər heç bir halda güzəştə getmək niyyətində deyillər. Onlar dəymiş zərər ödənilməyənədək hüquqi müstəvidə mübarizələrini dava etdirməkdə israrlıdır. 

Seyid
--> -->