UEFA Çempionlar Liqasında əsas mərhələnin VII turunun rəmzi heyəti müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev də həftənin ən yaxşıları arasında yer alıb.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Elvin Cəfərquliyev "Qarabağ"ın evdə Almaniyanın "Ayntraxt Frankfurt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunda 90 dəqiqə meydanda olub. O, bir məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər