Xəbər lenti

Son 10 ildə ən çox hansı xərclərimiz artıb? (SİYAHI)
Ekonomiks 19:09 10.03.2026

Son 10 ildə ən çox hansı xərclərimiz artıb? (SİYAHI)

Ötən ilin sonuncu rübü ərzində Azərbaycanda adambaşına düşən istehlak xərci 389 manat 15 qəpik olub.

Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, 10 il əvvəl – 2015-ci ilin son rübü ilə müqayisədə adambaşına düşən aylıq istehlak xərci 52,3% artıb.

Məlumat üçün bildirək ki, ötən ilin sonuncu rübündə adambaşına düşən aylıq istehlak xərclərinin 168,5 manatı qida məhsullarının alınmasına sərf olunub və bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 68,6% artım göstərib.

Qeyd edək ki, son 10 ildə istehlak xərcləri arasında ən çox artım tütün məmulatlarına sərf olunan vəsaitdə qeydə alınıb. Belə ki, 2025-ci ilin son rübündə ay ərzində tütün məmulatlarına adambaşına orta hesabla 8 manat 5 qəpik xərclənib ki, bu da 10 il əvvəllə müqayisədə 2,7 dəfə (175%) çoxdur.

Ən az artım isə ev əşyaları, məişət texnikası və gündəlik qulluq üçün alınan məhsullara sərf olunan vəsaitdə müşahidə edilib. Bu kateqoriyadan olan məhsulların alınmasına sərf olunan vəsait son 10 ildə 7,3% artıb.

Cədvəldə 2015 və 2025-ci illərin son rübü ərzində qeydə alınan adambaşına düşən aylıq istehlak xərcləri və artım faizləri göstərilib:

--> -->