Xəbər lenti

“Epi” həbs olundu
Ölkə 18:30 16.07.2025

“Epi” həbs olundu

Konsertdə söyüş söydüyünə görə polis tərəfindən saxlanılan "Epi”​ ləqəbli reper Əkbər Novruzlu həbs edilib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, reperə 1 ay müddətinə inzibati həbs cəzası verilib.

O, xırda xuliqanlıqda və narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->