XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ermənilər Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib
Ölkə15:41 03.09.2023

Ermənilər Xocalıda fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib

Sentyabrın 3-ü saat 18:10 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.