Xəbər lenti

Əsas məsələ: qazax xalqının buna qabiliyyəti çatacaqmı? - Politoloq
Siyasət 14:15 06.06.2022

Əsas məsələ: qazax xalqının buna qabiliyyəti çatacaqmı? - Politoloq

Ötən istirahət günü Qazaxıstanda keçirilən referendumda səsverməyə gələnlərin 77 faizi ölkə Konstitusiyasına əlavə və dəyişiklikləri dəstəkləyib. 

Qeyd edək ki, Konstitusiyaya edilən dəyişikliklərdə super-prezident idarəetmə sistemindən güclü parlamentə malik prezident respublikasına keçid nəzərdə tutulur. Bu dəyişiklik nəticəsində həmçinin ölkənin ilk prezidenti Nursultan Nazarbayevin rolu və imtiyazları ilə bağlı əvvəlki müddəalar da aradan götürülür.   

Qazaxıstanda baş tutan bu referendum ölkənin inkişafında hansı müsbət rol oynaya bilər? 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadənin fikrincə, referendumun nəticəsi o deməkdir ki, Qazaxıstan iflasa uğrayan postsovet dövründən daha sabit və daha demokratik mərhələyə qədəm qoyur: 

"Keçid dövründə Nazarbayev ölkəsi üçün müsbət rol oynayıb. Vəziyyətin sabitləşməsi, Rusiya təhlükəsinin dəf edilməsi, ölkə əhalisi və dövlət aparatının qazaxlaşdırılmasında, sabit beynəlxalq əlaqələrin qurulmasında o, mühüm rol oynayıb. Amma onun böyük qüsurları da olub. İfrat dərəcədə avtoritarizm, korrupsiya hökm sürüb. Yeni Konstitisiya ilə prezidentin ifrat səlahiyyətləri məhdudlaşdırılacaq, parlamentin, Nazirlər Kabinetinin, yerli idarəçiliyin səlahiyyətləri genişləndiriləcək. Nəticədə Qazaxıstan daha demokratik mərhələyə qədəm qoyur. Əsas məsələ qazax xalqının buna qabiliyyətinin çatıb-çatmayacağı ilə bağlıdır. Hər halda referendum Qazaxıstan dövlətinin müasir tarixində müsbət hadisədir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->