Xəbər lenti

Evlənmək üçün qız qaçırdı, həbs olundu
Ölkə 18:28 10.09.2025

Evlənmək üçün qız qaçırdı, həbs olundu

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs - 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->