Xəbər lenti

Evlənməmişdən öncə narkoloji və psixoloji testlər məcburi olmalıdırmı? (ŞƏRH)
Ölkə 15:46 02.09.2025

Evlənməmişdən öncə narkoloji və psixoloji testlər məcburi olmalıdırmı? (ŞƏRH)

Son zamanlar ailə daxilində baş verən münaqişələrdə, xüsusilə də uşaqlara qarşı zorakılıq halları artmaqdadır. Bu isə evlilikdən əvvəl cütlüklərin psixoloji və narkoloji testlərdən keçməsinin vacibliyini bir daha gündəmə gətirir. 

Ailədə dünyaya gələcək uşağın sağlamlıq risk faktorları nəzərə alındıqda, hər iki tərəfin tibbi analizlər verməsi zəruri hesab edilir. Lakin haqlı olaraq sual yaranır: Niyə ailə quran şəxslərin psixi vəziyyəti və narkoloji durumu ciddi şəkildə yoxlanılmır?

Sosioloq Elçin Bayramlı mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında bu testlərin vacibliyini vurğulayıb:

"Elm və tibbin təsdiq etdiyi faktdır ki, narkoloji asılılığı olan ailədə doğulan uşaqlar ciddi sağlamlıq problemləri ilə dünyaya gəlir və gələcəkdə cəmiyyət üçün təhlükə yarada bilir".
 


Onun sözlərinə görə, yalnız yeni ailə quran gənclər deyil, ümumiyyətlə, hər bir vətəndaşın psixoloji müayinədən keçməsi vacib hal kimi qəbul edilməlidir:

"Cəmiyyətimizdə ağır dərəcəli psixi problemləri olan şəxslər var ki, dispanserdə müalicə almalı olduğu halda, rahatlıqla insanlar arasında yaşayır. Bu isə həm ailələr, həm də bütövlükdə cəmiyyət üçün ciddi təhlükədir".

Mütəxəssisin fikrincə, belə bir yanaşma qanunvericiliyə əlavə edilməli və mütləq şəkildə tətbiq olunmalıdır. Bu addım təkcə hazırkı dövr üçün deyil, həm də sağlam gələcək nəsillərin formalaşması üçün ən vacib tədbirlərdən biri ola bilər.

Nəzrin Abbas

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->