Xəbər lenti

Evlərdən silsilə oğurluq edən şəxs tutuldu
Ölkə 17:03 18.01.2026

Evlərdən silsilə oğurluq edən şəxs tutuldu

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb.

Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.
--> -->