İdman 09:03 13.05.2022

Əvvəl Braziliyanı seçdi, sonra İspaniyanı... - İki ölkənin yığmasında oynamış məşhurlar

Hər bir oyunçu üçün öz ölkəsini təmsil etmək əlamətdar hadisədir. Amma bu işi beynəlxalq yarışlarda yüksək səviyyədə görmək heç də asan deyil. Bəzi oyunçular üçün vəziyyət daha mürəkkəb olur və onlar qərar vermək məcburiyyətində qalırlar. Xüsusən də iki millətdən olan və ya yeni ölkədə vətəndaşlıq almış futbolçular tez-tez çətinlik qarşısında qalır: Hansı millidə oynamalı?

Qaynarinfo iki ölkəni təmsil edən məşhur futbolçuların siyahısını nəzərinizə çatdırır.

Luis Monti (Argentina, İtaliya)
 


Luis Monti 1901-ci ildə anadan olub. O, dünya çempionatlarının ən yaxşı oyunçularından biri kimi tanınıb. 1924-cü il Olimpiadasında o, Argentinada debüt edib. Bu komandada Uruqvaya məğlub olsalar da, "La Albiseleste”nin finala yüksəlməsinə kömək etdi. Monti 1924-1931-ci illər arasında Argentinanı 16 oyunda təmsil edib, 5 qol vurub. 1931-ci ildə İtaliyaya getdikdən sonra bu ölkənin millisinə dəvət alır və 1934-cü ildə dünya çempionatının qalibi olur.

Ferents Puşkaş (İspaniya, Macarıstan)
 


Puşkaş "Real”ın əfsanələrindən biridir. O, beynəlxalq karyerasına Macarıstanla başlayıb, bu millinin heyətində 85 oyunda 84 qol-a imza atıb. Puşkaş 1952-ci ildə Olimpiya qızıl medalı və 1954-cü ildə Dünya Kubokunun qalibi olur və turnirin ən yaxşı oyunçusu seçilir. O, "Real”da oynadığı dönəmdə İspaniya vətəndaşlığını qazanır və bu ölkəsinin millisinə dəvət alır. Ancaq "Real”dakı oyununu İspaniya millisində təkrarlaya bilmir. O, İspaniya millisində cəmi 4 dəfə oynayıb.

Tiaqo Motta (Braziliya, İtaliya)
 


Motta "Barselona”, "​​Atletiko” və "İnter” də daxil olmaqla dünyanın bir çox məşhur klublarında çıxış edib. O da iki ölkədə oynayıb. 2003-cü ildə KONKAKAF-da Braziliya yığmasında iki oyun keçirib. Bundan bir il sonra İtaliya millisində oynamaq arzusunda olduğunu bildirib. İkili vətəndaşlığı olduğuna görə o, 2011-ci ildə İtaliya millisinə dəvət alıb.  Bu ölkənin yığmasında meydana çıxdığı 30 oyuna 1 qol vurub.

Cermeyn Cons (ABŞ, Almaniya)
 


Almaniya Bundesliqasında çıxış etmiş sabiq yarımmüdafiəçi 2010-cu ildə ABŞ milli komandasına qoşulub. Consun ikili vətəndaşlığı olduğu və Almaniya millisində bir dəfə yoldaşlıq matçında oynadığı üçün bu keçidə icazə verilib.

Naser Çadli (Belçika, Mərakeş)
 
 
Naser Çadli həm mərakeşli həm də belçikalıdır. O, 2010-cu ilin noyabrında Şimali Afrika təmsilçisində oynasa da bir il sonra Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika millisinin heyətində meydana çıxır və ilk qolunu vurur. Çadli Belçikanın Yaponiya üzərində 3:2 hesablı qələbəsində də rol oynayır. O, Belçika yığmasında 47 dəfə forma geyinib. 

Dieqo Koşta (Braziliya, İspaniya)
 

Koşta iki ölkəni təmsil edən futbolçuların məşhur nümunəsidir. Braziliyalı hücumçu "Atletiko”ya qoşulmazdan əvvəl Braziliya millisində iki yoldaşlıq görüşündə meydana çıxıb. Sonradan Luis Felipe Skolarinin ona laqeyd yanaşacağından qorxan Koşta İspaniya vətəndaşlığına yiyələnir. Bu ölkənin yığmasına qoşulmasına icazə verilməsini istəyən Koşta FİFA-nın təsdiqindən sonra arzusuna çatır. O, İspaniya yığmasında 24 oyuna çıxıb və 10 qola imza atıb.

Səbuhi Həsənov