Xəbər lenti

Expressbank əməkdaşları üçün
Ekonomiks 18:28 20.04.2026

Expressbank əməkdaşları üçün "Autizm aylığı" ilə əlaqədar maarifləndirici seminar keçirilib

Expressbankda Ümumdünya Autizm Maarifləndirmə Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub. Tədbir Azərbaycan Autizm Assosiasiyasının dəstəyi ilə, "Autizm aylığı” çərçivəsində baş tutub.

 

Tədbirdə Assosiasiyanın vitse-prezidentiSona Əliyeva, sədri Elnur Məmmədli, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, teleaparıcı Ürfan Məmmədli və İdman direktoru İlham Osmanlı iştirak ediblər.

 

Tədbir çərçivəsində Assosiasiyanın İdman direktoru İlham Osmanlı tərəfindən Expressbank əməkdaşları üçün cəmiyyətdə autizmli şəxslərlə davranış etikası mövzusunda seminar tədris edilib. Seminar zamanı autizmli şəxslərlə ünsiyyətdə həssas yanaşmanın vacibliyi, onların fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılması və inklüziv mühitin formalaşdırılması ilə bağlı praktiki tövsiyələr təqdim olunub, iştirakçıların sualları cavablandırılıb. Tədbir interaktiv formada təşkil olunub və iştirakçılar mövzu ətrafında aktiv müzakirələr apararaq öz fikirlərini bölüşüblər.


Daha sonra autizm spektr pozuntusu ilə bağlı ümumi maarifləndirici təqdimat keçirilib, iştirakçılara bu sahədə əsas anlayışlar, artım statistikası və yanaşmalar izah olunub.


Qeyd edək ki, bu təşəbbüs Expressbankın inklüziv cəmiyyətin formalaşdırılmasına verdiyi önəmin növbəti nümunəsidir. Bank sosial məsuliyyət çərçivəsində bu kimi layihələri davamlı şəkildə dəstəkləyərək, cəmiyyətdə fərqliliklərə hörmət və bərabər imkanların təşviqinə töhfə verməyi diqqətdə saxlayır.

 

Bu, Bankın təşəbbüsü ilə baş tutan, inklüzivliyi dəstəkləyən növbəti tədbir olmaqla yanaşı, Expressbankın bu istiqamətdə təşəbbüslərə dəstək göstərməkdə davamlı olduğunu nümayiş etdirir. Belə ki, ötən il Bank Daun sindromlu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədilə onların iş mühiti ilə tanışlığı üçün onları Baş ofisində qonaq edib.


"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.


Təcili kredit üçün bura keçid edin!

--> -->