FIFA Klublararası Dünya Çempionatının formatında dəyişiklik etməyi planlaşdırır.
Qaynarinfo bu barədə "The Guardian"a istinadən xəbər verir.
Mətbuat FIFA-nın 2029-cu ildən etibarən turnirin iki ildən bir keçirilməsi imkanını nəzərdən keçirdiyini və iştirakçıların sayını 32 komandadan 48 komandaya çatdırmaq istədiyini yazıb. Klublararası Dünya Çempionatında bir ölkədən ikidən çox klubun iştirakına icazə verilməsi planlaşdırılır.
Həmçinin beynəlxalq təqvimin həddindən artıq yüklənməsinin qarşısını almaq üçün milli komandaların yoldaşlıq oyunları və iyul turnirləri ləğv oluna bilər. Lakin Millətlər Liqasına görə UEFA buna qarşı olacaq.
"Real Madrid" daha əvvəl İspaniya La Liqasından kluba Klublararası Dünya Çempionatında iştirak etdiyinə görə əlavə istirahət günlərinin verilməsini xahiş etmiş və dünyanın aparıcı klublarından dəstək alaraq, FIFA-dan turnirin iki ildən bir keçirilməsini tələb etmişdi.
Aydın
Şərhlər