Xəbər lenti

İdman 16:18 06.03.2026

"Qarabağ" 8700 manat cərimələndi

AFFA "Qarabağ"ı 8700 manat cərimələyib.

Qaynarinfo xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Martın 1-də keçirilən "Turan Tovuz" – "İmişli" matçında meydan sahiblərinin 4 futbolçusunun sarı vərəqə alması səbəbindən Tovuz təmsilçisi 700 manat cərimə olunub.

Həmçinin həmin gün baş tutan "Qarabağ" – "Sabah" qarşılaşmasında Ağdam klubunun 5 oyunçusu xəbərdarlıq aldığı üçün komanda 700 manat məbləğində cərimələnib.

Bundan əlavə, "Qarabağ"ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyi və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığı üçün klub daha 8000 manat cərimə edilib.
--> -->